AZ

AVRO-2024: Yalnız kapitanlar hakimlə danışacaq

AVRO-2024-də yalnız yığma kapitanları hakimlərə yanaşmaq hüququna malik olacaqlar.

İdman.biz xəbər verir ki, bu barədə UEFA turnir iştirakçılarına təlimat göndərib.

Qurumun Hakimlər Komitəsinin direktoru Roberto Rozetti tərəfindən göndərilən məktub UEFA-nın saytında yayımlanıb. Hakimin meydandakı 22 futbolçunun təzyiqi zamanı öz qərarını tam açıqlaya bilmədiyi və bu addımın oyunun imicinə zərbə vurduğu bildirilib. Rozettinin məktubunda bəzi qərarların həmişə müzakirə olunacağını və ədalət təmsilçilərinin bunları açıqlaması üçün şəraitin yaradılmasının əhəmiyyəti vurğulanıb. Müraciətdə kapitanlar qaydalara riayət etməyə çağrılıb və onların hakimlərlə ünsiyyət quracaq əsas şəxs olduğu qeyd edilib.

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 11-nə kimi Almaniyada təşkil olunacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
2
idman.biz

3Mənbələr