AZ

PKK/YPG terrorçuları kürdlərin ofisini yandırıb

PKK/YPG terror təşkilatı Suriyanın şimal-şərqindəki Əl-Həsəkə vilayətinin Qamışlı rayonunda müxalif kürdlərin yaratdığı Suriya Kürd Milli Şurasının (ENKS) ofisinə basqın ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə “Anadolu” Agentliyi məlumat yayıb.

Yerli mənbələrə istinadən bildirilir ki, ENKS üzvlərini güllələyən terrorçular ofisi yandıraraq dağıdıblar.

Müxalif kürdlərin yaratdığı ENKS-nin yaydığı məlumata görə, PKK/YPG-nin işğal etdiyi bölgələrdə martın 1-dən etibarən Şuraya və üzv partiyalara aid 10 ofis yandırılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
ikisahil.az

1Mənbələr