AZ

Kobaxidze ABŞ-nin sanksiyaları ilə bağlı söhbəti qeyri-ciddi adlandırıb

ABŞ-nin mümkün sanksiyaları tətbiq etməsi barədə söhbətlər qeyri-ciddidir.

"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen daha əvvəl demişdi ki, əgər ölkədə demokratiyaya zərbə vurularsa, ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək.

Kobaxidze gürcü jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib: "Ümumiyyətlə, sanksiyalar haqqında danışmaq qeyri-ciddidirsə, ikitərəfli münasibətlərin yaxşılaşdırılmasından danışırıqsa, o zaman bu cür mövzuların təbliği əks-məhsuldardır". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
1
operativmedia.az

2Mənbələr