AZ

Robert Levandovski öz “Qızıl top”una qovuşa bilər - ARENA.AZ

“Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovski 2020-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilə bilər.

Arena.az Sport.es dərgisinə istinadən məlumat verir ki, Fransanın məşhur “France Football” jurnalı hazırda müvafiq seçimi nəzərdən keçirir.

Xatırladaq ki, 2020-ci ildə “Qızıl top”un təqdimat mərasimi koronavirus pandemiyası səbəbindən ləğv edilmişdi. Üstəlik, 2020-ci ildə o vaxt “Bayern”də çıxış edən polyak hücumçu bütün yarışlarda 47 oyuna 55 qol və 10 məhsuldar ötürmə ilə fərqlənmişdi.

Mənbənin vurğulayır ki, “France Football” nəşri öz nüfuzunu artırmaq üçün bu mükafatı Levandovskiyə təqdim etmək seçini araşdırır.

Xatırladaq ki, bundan əvvəl Levandovski özü, 4 ildən sonra “Qızıl top”u alacağına etiraz etməyəcəyi haqda bildirmişdi.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması inkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 24 qol vurub, 9 məhsuldar ötürmə verib. Levandovskinin “blauqrana”nın heyətində çıxışı rəqəmlərin gözü ilə belə təsvir yaradır: 91 oyun, 57 qol, 17 məhsuldar ötürmə.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 148 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak mərkəz hücumçusu Robert Levandovskinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
2
arena.az

3Mənbələr