AZ

Antuan Qrizmann - xaricdə oynayan ən yaxşı fransalı futbolçu!

Madrid “Atletiko”sunun fransalı mərkəz hücumçusu Antuan Qrizmann Fransa xaricində çıxış edən ən yaxşı fransalı futbolçu seçilib.

Arena.az bu barədə Fransa futbolçular və məşqçilər ittifaqının (UNFP) mətbuat xidmətinə istinadən məlumat verir.

Qrizmann mükafat uğrunda mübarizədə həmyerliləri, “Real”ın futbolçuarı – mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqanı və dayaq yarımmüdafiəçisi Orelyen Tçuamenini, “Milan”ın qapıçıısı Mayk Menyanı və “Arsenal”ın mərkəz müdafiəçisi Vilyam Salibanı geridə qoyub.

“Real Sosyedad” futbol akademiyasının yetirməsi olan Antuan Qrizmann “Atletiko”ya 2014-cü ilin iyulunda elə, Sosyedad klubundan keçib. Daha sonra isə fransalı futbolçu bir neçə mövsüm “Atletiko” ilə “Barselona” arasında satış və icarə əsasında var-gəl edib. 2023-cü ilin iyulunda isə Antuan 20 milyon avro müqabilində “Barselona”dan tamhüquqlu əsasda “Atletiko”ya transfer edilib. Qrizmanın Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Qrizmann “döşəkçilər”in heyətində bütün yarışlarda 46 oyuna 21 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib. Qrizmanın “Atletiko”nun heyətində ümumi statistikası isə belədir: 386 oyun, 178 qol, 84 məhsuldar ötürmə.

Vurğulayaq ki, Qrizmann “Atletiko” tarixinin ən sərrast futbolçusudur.

Qrizmann “Atletiko” ilə İspaniya Super Kubokunun (2014/2015), Avropa Liqasının (2017/2018), UEFA Super Kubokunun (2017/2018) qalibi olub.

Qrizmann hazırda vitse-kapitanı olduğu, 2014-cü ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 127 oyun keçirib, 44 qol vurub, 38 məhsuldar ötürmə verib. Antuan “xoruzlarlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının və 2021 UEFA Millətlər Liqasının qalibi olub. Qrizmann həmçinin 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatının finalçısı və 6 qolla ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı fransalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Fransa yığmasında çıxış etməsinə rəğmən, Qrizmann ata tərəfdən almanəsilli, ana tərəfdən isə portuqaləsillidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
39
arena.az

10Mənbələr