AZ

Putin bu tarixdə Çinə səfər edəcək

Rusiya prezidenti Vladimir Putinin cümə axşamı Çinə səfər edəcəyi açıqlanıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Çin dövlət mediası məlumat yayıb.

Bildirilib ki, bu, Putinin yenidən  prezident seçildikdən sonra xaricə ilk səfəridir.

Səfər çərçivəsində, Putin Pekin ilə yanaşı Harbin şəhərini də ziyarət edəcək.

Ölkə liderləri ikitərəfli görüşdə bir çox məsələləri müzakirə edəcək və bir sıra qarşılıqlı müqavilələr imzalanılacaq.
 
Putinin həmçinin Çinin baş naziri Li Qianqla da görüşəcəyi bildirilir. 

Xatırladaq ki, Putin Çinə sonuncu dəfə 2023-cü ilin oktyabrında səfər edib. 

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
demokrat.az

1Mənbələr