AZ

Ermənistan və Hindistan ilk müdafiə məsləhətləşmələrini keçirdi


Ermənistan və Hindistan arasında ilk müdafiə məsləhətləşmələri İrəvanda baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hərbi idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ermənistan tərəfini ölkənin Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Levon Ayvazyan, Hindistanı - Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə katib Şri Vişveşa Negi təmsil edib.
Görüşdə Ermənistan və Hindistan nümayəndələri müdafiə sahəsində mövcud tərəqqi və əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Əsas diqqət hərbi-texniki tərəfdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, eləcə də ölkələr arasında təcrübə mübadiləsi məsələlərinə yönəldilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
yeniavaz.com

1Mənbələr