AZ

Məşhur milyarder sərvətini görün kimə bağışladı – Ailəsi ŞOKDADIR

Dünyanın ən böyük moda şirkətlərindən biri olan “Hermes”in 80 yaşlı varisi Nikolas Puech 12 milyard dollarlıq sərvətinin ən azı yarısını bağbanına bağışlayıb.

Nikolas Puech “Hermes”in qurucusu Thierry Hermesin 5-ci nəsil nəvəsi kimi tanınır.

Milyarderin sərvətini kimə miras qoyacağı ilə bağlı verdiyi qərar ailəsini və bütün dünyanı təəccübləndirib. Onun son illərdə ailəsi ilə demək olar ki, görüşmədiyi bildirilir.

“Hermes”in 5,7 faizinə sahib olan Puech əvvəllər sərvətini bir vəqfə bağışlayacağını deyib. Lakin sonradan fikrini dəyişərək mirası bağbanına bağışlamaq qərarına gəlib. Hazırda bağbanın kimliyi bilinmir.

Puech mirası birbaşa ailə üzvü olmayan bir şəxsə buraxmaqda yaşanan çətinliklərə görə 51 yaşlı bağbanını övladlığa götürməyi düşünür. Ancaq İsveçrədə yetkin bir insanı övladlığa götürmək mürəkkəb prosesdir. Bu vəziyyətin potensial riskli hüquqi mübarizəyə səbəb ola biləcəyi bildirilir.  / Publika.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
3
medianews.az

4Mənbələr