AZ

İlkin Fikrətoğlu - Azərbaycanda millini çalışdırmağa 3 yerli məşqçi var

AFFA-dakı rəhbər dəyişikliyinin “40”ı çıxdı.

40 gün ucun assosasiyadan hansısa fövqəladə qərarlar. islahatlar gözləmirdik, bu öz yerində.

Amma heç olmasa, hazırkı məqam üçün ən operativ həll olunmalı iş - milli komanadaya baş məşqçi təyinatı məsələsi yoluna qoyulmalı idi. AFFA isə günü günə satır və biz yenə vaxt itiririk.

Hələ ötən dekabrda - Canni de Byazi yola salındıqdan bir necə həftə sonra AFFA İcraiyyə Komitəsinin qərarı ilə millinin baş məşqçi postuna namizədlərin müəyyən edilməsi üçün İşçi Qrupu yaradıldı.

20 ildir komandaya qeyri-milli baş məşqçiləri sırımasıyla ad çıxaran AFFA-nın vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri oldu.

O vaxtın digər vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin keçmiş üzvü Zaur Axundov, baş katib Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov və AGİN-in sektor müdiri Fikrət Hüseynov da qrupa üzv təyin edildilər.

Dekabrən 15-də onlayn formatda İşçi Qrupun ilk iclası keçirildi. Həmin vaxt Vaqif Sadıqovun mediaya açıqlamasında deyilirdi ki, ilk iclasda İşçi Qrupun iş prinsipi, məqsəd və vəzifələri müəyyənləşdirilib, qərara gəlinib ki, qrup üzvləri tez-tez yığışsın.

Sonradan məlum oldu ki, bunlar hamısı boş, havaya atılan sözlər imiş. Dekabrın 15-dən aprelin 1-dək qrupun cəmi 2 toplantısı olub, hər ikisi də onlayn formatda.

Yəni bu qrup üzvləri bir dəfə üzbəüz oturub, baş məşqçi məsələsini müzakirə etməyib. Hansı məşqçini seçib, bəyəndikləri də aprelin 2-də keçirilən AFFA-nın hesabat seçki konfransına qədər naməlum qaldı.

Seçki günü assosasiyanın yeni prezidenti Rövşən Nəcəf mətbuat konfransında elə danışdı ki, sanki İşçi Qrup artıq yeni baş məşqçini müəyyənləşdirib, qalıb İcraiyyə Komitəsinin iclasında onu təsdiqləmək.

Amma üstündən iki aya yaxın vaxt keçir, məsələlər hələ də açıq qalır, hər həftə mediada millinin baş məşqçisi olacaq şəxslərin adlarına rast gəlinir.

“Qaarabağ”ın “Ferentsvaroş”la oynda dərs keçdiyi rusiyalı Stanislav Çerçesovdan slovakiyalı Vladimir Vayssa qədər. Son günlərdə də Türkiyə millisində uğur qazana bilməyən alman Stefan Kunts gündəmdədir.

Bu məşqçiləri kim tapır, kimin təklifdir - konkret bilinmir.

Məsələ ondadır ki, AFFA İşci Qrupunun artıq adı qalıb, özü yox. AFFA-dakı seçkidən sonra Vaqif Sadıqovla Zaur Axudovun assosasiya iləı hec bir bağlığı qalmadığından, onların İşçi Qrupdakı fəaliyyəti də demək olar başa çatıb.

Elxan Səmədova Allah şəfa versin! Beş aydır yol qəzasında aldığı olduqca ağır xəsarətin müalicəsiylə məşğuldur.

Fikrət Hüseynovun təmsil etdiyi GİN-i AFFA-nın yeni rəhbərliyi bütün proseslərdən kənarda saxlayıb. Qaldı Sərxan Hacıyevlə Elşad Nəsirov.

Azərbaycanlı məşqçiləri görmyə gözü olmayan Elşad Nəsirov dekabrdan aprelədək olan dövrdə, deyəsən, ötən illərdə olduğu kimi, xəritəni qarşısına sərib və məğribdən məşriqə qədər milliyə baş məşqçi axtarır.

2 aprel seçkisindən sonra onu artıq müəyyən qədər proseslərdən kənarda saxlayıblar. AFFA-da hazırda eyni vaxtda 2 mühüm post tutan Sərxan Hacıyev isə qətiyyətsiz mövqe tutmaqdadır.

Azərbaycan futboluna hazırda cavabdehlik daşıyan əsas şəxs olaraq Sərxan Hacıyev millinin baş məşqçi məsələsinin daha tez həllini tapmasında maraqlı olmalıdır.

Çünki sabah milli komanda fiasko yaşayanda sələfi Elxan Məmmədov kimi indi də əsas tənqid hədəflərindən biri də məhz Sərxan Hacıyev olacaq.

Bəs milliyə namizəd məşqçiri kim tapır, təqdim edir? Təəssüf ki, AFFA-dan bu suala cavab ala bimədik.

Ehtimal budur ki, əsas ideya müəllifləri Elşad Nəsirov və İcraiyyə Komitəsinin yeni üzvlərindən “Sabah”ın prezidenti Maqsud Adıgözəlovdur.

Maqsud müəllimin öz klubunda yerli məşqçilərdən “ağzı yanıb”. Yalnız rusiyalı Murad Musayevin gəlişindın sonra “Sabah” daha parlaq oynamağa başladı, Avropaya çıxdı.

İndi də xorvat Krunoslav Renduliç “Sabah”a gəldiyi qısa müddətdə komandanı dirçəltdi. Hazırda “Sabah” avrokuboklara vəsiqə qazanmağa çox yaxındır.

Bu səbəbdən Maqsud Adıgözəlovun məşqçi seçimində yerlilərə güvənməməsi başadüşüləndir. Amma onu da nəzərə alaq ki, milli klub deyil.

Burada aşağı-yuxarı potensial səviyyısi hamıya bəlli 20-25 oyuncu var, seçim də onlaırn üzərində qurulur.

Fikrimcə, hazırda Azərbaycanda milli komandanın baş məşqçisi olmağa 3 əsas yerli mütəxəssis var. Təbii ilk növbədə Qurban Qurbanov, sonra da Tərlan Əhmədov və Samir Abasov.

AFFA bu məşqçilərə güvənməyib, xarici gətirirsə, onda media və azarkeşlərin də tənqidinə hazır olmalıdır. Məqsəd yenə qrupda 4-6 xal toplamaq olacaqsa, bunun üçün cöllərə düşməyə, bu qədər vaxt itirməyə dəyməz.

Yox, böyük pullar xərcləyib yenə əcnəbi məşqçi gətirəcəksizsə, onda qarşısına da alacağı pula adekvat məqsəd, hədəf, vəzifə qoyun.

Pulumuzu alıb, bizə lağ edən, minnət qoyan Foqts, de Byazi tipıi məşqçi gələcəksə, onda inididən azarkeşin söyüşünə, medianın tənqidinə hazır olun, AFFA rəsmiləri!

İlkin Fikrətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
43
sportinfo.az

10Mənbələr