AZ

ABŞ Gürcüstana sanksiyalar tətbiq edə bilər:

"Avropa İttifaqı prinsiplərinə uyğun gəlməyən qanun layihəsi qüvvədə qalarsa və etiraz aksiyalarında nümayişçilərə zorakılıq göstərilərsə, ABŞ tərəfindən Gürcüstana əvvəla maliyyə məhdudiyyətləri qoyulacaq".

 

Senzor.az bildirir ki, bunu Gürcüstanın paytaxtı Tbilisiyə səfərə gələn ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Ceyms O'Brayn jurnalistlərə açıqlamasında deyib.

 

"Sanskiyaları doğuran səbəblər aradan qaldırılmasa, vəziyyətə cavabdeh şəxslərə səyahət məhdudiyyətləri qoyulacaq", - ABŞ rəsmisi vurğulayıb.

Ceyms O Brayen onu da bildirib ki, "Bu mərhələdə Bidzina İvanişviliyə (“Gürcü arzusu” Partiyasının fəxri sədri – red.) qarşı heç bir sanksiya yoxdur".

 

O bildirib ki, qeyd olunan səbəb konstitusiyada yazılan ölkənin öhdəliyindən şəxsi mənafeyi üstün tutmaq deməkdir: “Qanunla bağlı müzakirələrlə əlaqədar Baş nazirlə əlaqə saxladıq, onu ABŞ-a dəvət etdik. Avropa İttifaqının nümayəndələri ilə də görüşlər olub. Biz bura gəlməmişdən əvvəl cənab İvanişvili ilə görüşmək istəyimizi bildirdik. Cavab belə oldu ki, İvanişvili faktiki sanksiyalar altındadır. İndiki mərhələdə ona qarşı heç bir sanksiya yoxdur. Belə bir nüfuzlu insanın bu qədər yanlış məlumatlandırılması həqiqətən heyrətamiz və kədərlidir”.

 

Xatırladırıq ki, Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, Bidzina İvanişviliyə Ceyms O Brayenlə görüşlə bağlı müraciət olub, amma o, bundan imtina edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
4
senzor.az

4Mənbələr