AZ

"Bu, işçi qüvvəsini sunami kimi vurdu"

Süni intellekt son illərdə iş dünyasında ən çox danışılan mövzulardan birinə çevrilib.

News24.az xəbər verir ki, süni intellektin bir çox işi avtomatlaşdırmaq potensialına malik olması onun əmək bazarına böyük təsir göstərəcəyi ilə bağlı narahatlıqlar yaradır.

Sürixdə keçirilən tədbirdəki çıxışında BVF-nin idarəedici direktoru Georgieva həyəcan verici bir mənzərə çəkərək deyib ki, süni intellekt yaxın iki il ərzində inkişaf etmiş ölkələrdə iş yerlərinin 60 faizinə və dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək.

Sürix Universitetində İsveçrə Beynəlxalq Araşdırmalar İnstitutunun təşkil etdiyi tədbirdə çıxış edən Georgiyeva deyib:

"İnsanları və müəssisələri buna hazırlamaq üçün çox az vaxtımız var. Əgər biz bunu yaxşı idarə etsək, bu, məhsuldarlığın böyük artımını təmin edə bilər. Lakin bu, həm də cəmiyyətimizdə daha çox dezinformasiyaya, bərabərsizliyə səbəb olacaq”. 

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
news24.az

1Mənbələr