AZ

ABŞ Gürcüstanla bağlı şərtini AÇIQLADI

“Gürcüstan hakimiyyəti tərəfindən “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişiklik edilərsə, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı möhkəmlənəcək”.

Bunu Tbilisidə mətbuat konfransında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.

“Əgər bu qanun dəyişdirilərsə və Aİ standartlarına cavab verərsə, bu, yalnız bizim strateji tərəfdaşlığımızı, əlaqələrimizi gücləndirəcək”, - o deyib.

O`Brayen qeyd edib ki, əgər Tbilisi Vaşinqtona tərəfdaş kimi baxmırsa, ABŞ-dən Gürcüstana ayrılan maliyyə yardımı nəzərdən keçiriləcək.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
2
oxu.az

3Mənbələr