AZ

Ermənistan və Hindistan arasında müdafiə sahəsində ilk məsləhətləşmələr baş tutub - FOTO

Mayın 14-də Ermənistan və Hindistanın Müdafiə Nazirlikləri arasında ilk müdafiə məsləhətləşmələri baş tutub.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasa Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Hindistan Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq üzrə birgə katibi Şri Vişveş Negi rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı müdafiə sahəsində, o cümlədən hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, şəxsi heyətin taktiki hazırlığı, təcrübə mübadiləsi və digər sahələrdə Ermənistan-Hindistan əməkdaşlığının gedişatı və inkişaf perspektivləri müzakirə olunub.

Regional təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məsləhətləşmələrin Protokol imzalanıb. Ermənistan və Hindistan Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı təsdiq edilib, ikitərəfli müdafiə sahəsində əməkdaşlıq üzrə birgə işçi qrupun yaradılması nəzərdə tutulub.

Ermənistan Ermənistan Ermənistan Ermənistan Ermənistan Ermənistan Ermənistan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
6
apa.az

7Mənbələr