AZ

Qəhvəni sudan çox içənlərə XƏBƏRDARLIQ

“Kofeinli içkilər bədənin maye ehtiyacını qarşılamaq üçün uyğun deyil. Qəhvə bədəndə maye çatışmazlığına səbəb ola bilər".

Demokrat.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis Sedat Üstündağ xəbərdarlıq edib.

O bildirib ki, orqanizmin suya hər mövsümdə ehtiyacı var:

“Su ehtiyacımız yay və qışda dəyişsə də, sudan daim istifadə olunmalıdır. Kişilər gündə 2,5 litr, qadınlar isə 2 litrə yaxın su içməlidir.

Burada yalnız sudan söhbət getmir. Bu bütün mayeləri əhatə edən bir qiymətləndirmədir. 

Ancaq burada əhəmiyyətli məqam içkilərdə həll olunan maddələrin miqdarıdır”. 

Professor həmçinin vurğulayıb ki, əksər insanlar bədənin maye tələbatını qəhvə ilə qarşılayır:

“Qəhvə bədəndə maye çatışmazlığına səbəb olan bir içkidir. Ona görə də qəhvədən əvvəl və sonra su içmək lazımdır. Bu yolla bədənin susuzlaşmasının qarşısını almaq mümkündür. 

Sağlam insanlara belə gündə 300 milliqram qəhvəni keçməməyi tövsiyə edirik. Ümumiyyətlə kofeinli içkilər maye ehtiyacını qarşılamaq üçün uyğun deyil”.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
demokrat.az

1Mənbələr