AZ

Fransada iki həbsxana əməkdaşı güllələnib

Fransanın şimalında Er departamentində məhbusu daşıyan furqona hücum edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, məhbus Ruan şəhərindən gətirilib.

Hücum edənlər Audi və BMW markalı avtomobillərdə olublar. Onlar məhbusun aparılmasında iştirak edən iki həbsxana əməkdaşını güllələyiblər, daha üç nəfər ağır yaralanıb.

Hücumdan sonra məhbus qaçıb.

"BFM TV”nin məlumatına görə, qaçan məhbusun 30 yaşı var. Ötən həftə o, silsilə oğurluqlara görə 18 ay həbs cəzasına məhkum edilib. O, həmçinin Sent-Etyen-dü-Ruvrdə adam öldürməyə cəhddə və 2022-ci ilin iyununda Marseldə qəsdən adam öldürməkdə ittiham olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
6
operativmm.az

10Mənbələr