AZ

Moldovanın keçmiş baş naziri hakimiyyəti seçkiləri saxtalaşdırmağa hazılaşmaqda ittiham etdi

Moldova hökuməti poçtla səsvermə haqqında qanundan prezident seçkilərini saxtalaşdırmaq üçün növbəti fürsət kimi istifadə etmək niyyətindədir.

HİT.az xəbər verir ki, bunu Moldovanın İnkişaf və Birlik Partiyasının sədri, keçmiş baş nazir İon Çiku öz "Telegram" kanalında bildirib.

Moldova parlamentinin üzvləri aprelin 26-da keçirilən iclasda ABŞ, Kanada, İsveç, Finlandiya, İslandiya və Norveçdə yaşayan Moldova vətəndaşlarının poçt vasitəsilə pilot səsverməsi haqqında qanun layihəsini ikinci və yekun oxunuşda təsdiqləyiblər. Prezident Maya Sandu bazar ertəsi qanunu təsdiqləyib.

"Seçkilərin nəticələrini saxtalaşdırmaq üçün əlavə imkanlar əldə etməyə çalışan Maya Sandu Avropa və demokratik olan hər şeyi tapdalamağa hazırdır, çünki onun yeganə seçki vədinin Avropa inteqrasiyası olduğunu nəzərə alsaq, bu davranış daha da məkrlidir", deyə İon Çiku yazıb.

Eyni zamanda, keçmiş baş nazir hesab edir ki, Maya Sandu respublikanı ələ keçirmək üçün sadəcə xaricilərin alətidir. O, əmindir ki, avropalılar Moldovada Avropa qaydalarının və standartlarının pozulmasından narahat deyillər, çünki bu, əcnəbilərə qazanc əldə etməyə imkan verir:

"Biz, moldovalılar, payızda etdiyimiz seçimə görə cavabdehik, onlar yox. Onlar Maya Sandunu hakimiyyətdə saxlamaq üçün əllərindən gələni edəcəklər, lakin hər şey bizdən asılıdır! Bu yazının mövzusu budur, bizim daşıdığımız məsuliyyət, əcnəbilər deyil".

Yeni qanuna əsasən, Moldova Mərkəzi Seçki Komissiyası hansı ölkənin sakinlərinə poçt vasitəsilə səs verə biləcəyini müəyyən etmək üçün bir neçə meyarı nəzərə alacaq. Bir ölkədən minimum 30 ərizə təqdim edilməli, ölkədə yüksək keyfiyyətli və etibarlı poçt xidməti olmalıdır. Həmçinin, moldovalı seçicilərin yaşadığı dövlət Moldova ilə diplomatik əlaqələr saxlamalı, seçkilərin keçirilməsi üçün beynəlxalq standartlara əməl etməli və hərbi münaqişədə olmamalıdır.

Maya Sandu daha əvvəl bildirmişdi ki, bu il Moldovada sınaq layihəsi həyata keçirilir, gələcəkdə xaricdə poçtla səsvermə meyarları genişləndiriləcək. Maya Sandu dekabrın 24-də ikinci prezidentlik müddətinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb, əlavə olaraq, parlamentə referendumun təşkili təşəbbüsü ilə çıxış edib ki, vətəndaşlar respublikanın Avropa İttifaqına daxil olması ilə bağlı fikirlərini ifadə edə bilsinlər. Referendum bu ilin payızında keçiriləcək prezident seçkiləri ilə eyni gündə keçiriləcək.

Samir

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
hit.az

1Mənbələr