AZ

Ukrayna Krımı Böyük Britaniya silahları ilə vuracaq

London Krım yarımadasını Ukrayna ərazisinin bir hissəsi hesab etdiyi üçün Kiyevə Krıma hücuma icazə verib.

Editor.az bildirir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib. O qeyd edib ki, London Britaniya silahlarının Ukraynada “yalnız beynəlxalq humanitar hüquqa tam uyğun olaraq” istifadəsini dəstəkləyir: “Bildiyiniz kimi, biz Ukrayna ərazisində, o cümlədən Ukraynanın ayrılmaz hissəsi hesab etdiyimiz Krımda silahdan istifadəyə icazə vermişik”, – deyə Şapps Londonda keçirilən konfransda çıxışı zamanı bildirib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
editor.az

1Mənbələr