AZ

"Həmin müğənnilərin toya gəlməsi bizə ziyandır"

"Toy bütün adətlərimizin tacıdır. Uşaqlıqdan toyda püxtələşmişik. Toy aparmağın özü böyük məsuliyyətdir. Toyun əvvəlini nə qədər konsert tipində etsək də, sonradan toy ab-havası olmaldır".

"Ölkə.az" xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev "İncə səhər" verilişində deyib. Müğənni bildirib ki, bütov toy aparanda başqa ifaçının məclisə gəlməsini sevmir:

"Yarımsaatlıq müğənninin gəlməsi bütöv toy aparan ifaçıya xoş deyil. Bizə ziyan olur. Düşünürəm ki, toyda 3 yox, 2 yarımsaatlıq ifaçı gəlsə bəsdir. Bu, şan-şöhrətdən və bəylə gəlinin istəyindən irəli gəlir. Müğənni çox olanda oynayanların da ürəyi qırılır".(Axşam.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
1
olke.az

1Mənbələr