AZ

Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub

Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub.

Oxu.Az xəbər verir ki, Bakıdakı stansiyadan saat 18:50-də çıxmalı olan sərnişin qatarı 30 dəqiqə gecikib.

Sərnişinlər iddia edirlər ki, paralel olaraq Bakı-Pirşağı-Sumqayıt sərnişin qatarı da qrafik üzrə hərəkət etməyib və gecikmə olub.

Azərbaycan Dəmir Yolları (ADY) QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün sərnişin qatarlarının hərəkət qrafikində hər hansı gecikmə halı qeydə alınmayıb:

“İstisna hal olaraq saat 18:50-də Bakı-Xırdalan-Sumqayıt xətti üzrə hərəkət etməli olan qatara texniki baxış keçirildiyinə görə, qatar saat 19:03-də sözügedən istiqamət üzrə yola düşüb”.

Könül Cəfərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
7
oxu.az

7Mənbələr