AZ

Tbilisidə mitinqə Aİ ölkələrinin parlamentlərinin komitə sədrləri gəlib

Gürcüstanın paytaxtı Tbilisinin Rustaveli prospektində keçirilən mitinqə Avropa İttifaqına (Aİ) üzv olan bir neçə ölkənin parlamentinin xarici əlaqələr komitələrinin sədrləri gəlib.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Hazırda Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri Mixael Rot etiraz aksiyası iştirakçılarına müraciət edir.

Qeyd edək ki, Gürcüstan parlamenti bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Yeri gəlmişkən, Birləşmiş Ştatlar Gürcüstanı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbuluna görə məsuliyyət daşıyanlara qarşı sanksiyalarla hədələyib. Bu barədə isə ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə əlaqələndirmə ofisinin rəhbəri Cim O Brayen Tbilisidə keçirdiyi brifinqdə deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
5
report.az

6Mənbələr