AZ

"Komandasının məğlub olmasını istəyən insanları başa düşmürəm”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu Premyer Liqada “Mançester Siti” ilə təxirə salınmış oyun öncəsi mətbuata açıqlama verib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, avstraliyalı mütəxəssis komandasının məğlub olmasını istəyən insanları başa düşmədiyini bildirib:

“Sosial şəbəkələrə baxsaz, azarkeşlərin 99 faizi bizim “Mançester Siti”yə uduzmağımızı istəyir. Komandasının məğlub olmasını istəyən insanları başa düşmürəm”.

Qarşılaşma bu gün “Tottenhem”in doğma stadionunda keçiriləcək və saat 23:00-da start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
sportinfo.az

1Mənbələr