AZ

Zibil daşqınına Göyçay RİH-dən açıqlama » AzadMedia.az


Xəbər verdiyimiz kimi yağan güclü yağışların selə dönməsi nəticəsində zibillə dolu daşqınlar bu gün sosial şəbəkədə müzakirə mövzusu olub. Məsələ ilə əlaqədər Göyçay Rayon İcra Hakimiyyəti görüntülərə münasibət bildirərək məlumat yayıb. Azadmedia.az sözügedən məlumatı təqdim edir:
"13 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağışlar nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisində yerləşən məişət tullantıları poliqonunu sel suları basmışdır. Nəticədə poliqonda toplanmış məişət tullantıları paylaşımda göstərilən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanmışdır.
Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
azadmedia.az

2Mənbələr