AZ

Vyanada Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə tur təşkil edilib

Vyanada

Vyana, 14 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Vyanada haykinq turu təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə turda Avstriyada yaşayan tələbə və gənclər iştirak ediblər. Tur zamanı iştirakçılara Heydər Əliyevin keçdiyi siyasi yol, müasir Azərbaycan dövlətçiliyi uğrunda fəaliyyəti, gənclərə daimi verdiyi dəstək və önəm haqqında məlumat verilib. Həmçinin ASAP-ın gələcək planlarından da bəhs olunub və iştirakçılara qarşıdakı layihələr barədə məlumat verilib.

Haykinq turu Vyana şəhəri və Aşağı Avstriya federal əyalət arasında yerləşən Kahlenberq və Leopoldsberq ərazisində keçirilib və Vyana şəhərinin ən yüksək nöqtəsi sayılan Kahlenberq dağında başa çatıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
azertag.az

1Mənbələr