AZ

“İnsan cəmiyyət üçün təhlükəlidir”. Qazaxıstanda Bişimbayevə verilən cəza belə qiymətləndirilib



Qazaxıstandan olan istifadəçilər keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin barəsində çıxarılan hökmə reaksiya veriblər.
Şərhçilər həyat yoladşıı Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən Bişimbayevin işi ilə bağlı video çarxların altında fikirlərini bildiriblər. Sabiq nazirə qarşı məhkəmə prosesi iki aydan çox davam edib - nəticədə Bişimbayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

İstifadəçilərin fikirləri ikiyə bölündü - bəziləri bu məhkəmə qərarını ədalətli cəza hesab etsə də, sabiq naziri ömürlük həbs cəzasına üstünlük verənlər də var idi.
“İnsan cəmiyyət üçün təhlükəlidir. Çıxa bilir, 70 və 80 yaşlı kişilər başqa qadınlara baxa bilər. O, yenidən aşiq ola bilər və ya bu vəziyyəti xatırlayıb yenidən işlər görə bilər”, - şərhçilərdən biri yazıb. “Mən ömürlük həbs cəzası istəyirəm. Ümid edirəm ki, o, daha çox oturacaq”, – başqa biri dedi.
İstifadəçilər arasında Bişimbayevin cəzasını çəkəcəyi “çox rahat” şəraitdən qorxanlar da olub. Bundan əlavə, bəzi istifadəçilər xatırlayırdılar ki, 2016-cı ildə nazir artıq korrupsiya və mənimsəmədə təqsirli bilinib – o, 10 il həbs cəzasına məhkum edilib, lakin Bişimbayev 2019-cu ildə azadlığa çıxıb. Bu səbəbdən bəzi istifadəçilər vəziyyətin təkrarlanacağından və Bişimbayevin yenidən vaxtından əvvəl buraxılacağından ehtiyat edirlər.Xatırladaq ki, 44 yaşlı Bişimbayev Astanada restoranların birində 31 yaşlı arvadını qətlə yetirməkdə ittiham olunurdu. İttiham tərəfinin fikrincə, cütlük arasında münaqişə yaranıb və bu zaman keçmiş nazir qadını döyərək öldürüb. Mayın 13-də Bişimbayev 24 il müddətinə azadlıqdan məhrum edilib.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
aia.az

1Mənbələr