AZ

İndoneziyada vulkan faciəyə səbəb olub: Ölənlər var

İndoneziyanın Sumatra adasındakı Marapi vulkanına yaxın kəndlər soyuq lava altında qalıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 41 nəfər ölüb.

İnsan tələfatı ilə yanaşı, bölgədə 100-dən çox ev, məscid və ictimai binalara ziyan dəyib. Ərazidə 17 nəfərin itkin düşdüyü bildirilir.

Xatırladaq ki, 5 dekabr 2023-cü ildə Marapi vulkanının püskürməsi nəticəsində 23 alpinist həyatını itirmişdi.

Aysu
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
demokrat.az

1Mənbələr