AZ

ABŞ Gürcüstana sanksiyalar tətbiq edə bilər

ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər.

APA-nın Tbilisi müxbiri “Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, bunu Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək.

“İkinci mərhələdə isə bu məhdudiyyətlər bütün bunlara görə məsuliyyət daşıyan şəxslərə qarşı səyahət sanksiyaları olacaq”, - Obrayn deyib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
10
sherg.az

10Mənbələr