AZ

Gürcüstan parlamentinin qarşısındakı aksiyada 13 nəfər saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən aksiyada 13 nəfər saxlanılıb.

Demokrat.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlar xırda xuliqanlıq və polisə tabe olmadıqları üçün saxlanılıb.

Qeyd edək ki, qanunun qəbul edilməsindən sonra polislə etirazçılar arasında gərginlik yaşanıb.

Hazırda parlament binasının yerləşdiyi Rustaveli prospektində gərginlik davam edir. Polis binanı tam nəzarətdə saxlayır. Əraziyə çox sayda polis xüsusi təyinatlıları və su şırnağı maşınları cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
8
demokrat.az

9Mənbələr