AZ

Beynəlxalq Enerji Agentliyinin Afrikaya həsr etdiyi Zirvə toplantısı uğurla başa çatıb

Beynəlxalq

Paris, 14 may, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyinin (BEA) “Afrikada təmiz yemək bişirmə” adlı Zirvə toplantısı UNESCO-nun mənzil qərargahında başa çatıb. Toplantıda qadın və uşaqlara təsir edən problemin öhdəsindən gəlmək üçün öz resurslarını səfərbər etmək məqsədilə 60 ölkə, inkişaf institutları və şirkətlərin rəhbərləri bir araya gəlib.

AZƏRTAC xəbər verir ki, BEA Afrikada 1 milyarddan çox insana təmiz yemək bişirmək imkanının təmin edilməsi istiqamətində ilk Zirvə toplantısına nail olub. Tanzaniya və Norveç hökumətləri liderlərinin, Afrika İnkişaf Bankı və Beynəlxalq Enerji Agentliyinin həmsədrliyi ilə “Afrikada təmiz yemək bişirmə” üzrə Zirvə toplantısı hökumətlərdən və özəl sektordan 2,2 milyard ABŞ dolları məbləğində maliyyə vədlərini səfərbər edib. Mindən çox nümayəndənin iştirak etdiyi Zirvə toplantısında Fransa prezidenti Zirvə toplantısı münasibətilə Yelisey sarayında dövlət başçıları və digər liderlər üçün xüsusi görüş təşkil edib.

Təmiz yeməklərə çıxışın olmaması dünyada 2 milyarddan çox insanı təsir edir ki, onların yarıdan çoxu Afrikadadır, adətən açıq odda və ənənəvi sobada yemək bişirirlər. Yanacaq kimi kömür, odun, kənd təsərrüfatı tullantıları və heyvan peyinindən istifadə edərək, sağlamlıq üçün dəhşətli nəticələrə səbəb olan zərərli, zəhərli dumanları və tüstü ilə nəfəs alırlar. Bu da Afrikada vaxtından əvvəl ölümün ikinci əsas səbəbidir. Həyatlarını itirənlərin böyük əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Təhsil, məşğulluq və müstəqillik imkanları məhduddur, çünki qadınlar hər gün adi yanacaq axtarmağa saatlarla vaxt sərf edirlər.

Tanzaniyanın Prezidenti Samia Suluhu Hassan bildirib ki, Afrikada hamı üçün təmiz mətbəxə çıxışın təmin edilməsi müvafiq həllər və innovasiyalar üçün adekvat, sərfəli və davamlı maliyyəyə ehtiyac duyur. Bunun üçün adekvat ümumi diqqət, ağıllı siyasət və tərəfdaşlıqlar vacibdir. Afrikada təmiz yemək gündəmini uğurla inkişaf etdirmək ətraf mühitin, iqlimin, sağlamlığın qorunmasına və gender bərabərliyinin təmin edilməsinə töhfə verəcək.

Norveçin Baş naziri Jonas Gahr Store qeyd edib ki, təmiz yeməklərə çıxışın yaxşılaşdırılması sağlamlıq nəticələrinin yaxşılaşdırılması, tullantıların azaldılması və iqtisadi inkişaf üçün imkanların yaradılması deməkdir. Norveç təmiz yeməklərin davamlı tərəfdarıdır və bu mühüm işə təxminən 50 milyon ABŞ dolları sərmayə qoymağa qərarlıdır.

BEA-nın icraçı direktoru Fatih Birol deyib ki, Zirvə toplantısı çox uzun müddət diqqətdən kənarda qalan bir məsələyə ciddi öhdəliklər təqdim etdi. Bu istiqamətdə yol uzundur, ancaq 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılan bu Zirvə toplantısının nəticəsi sağlamlıq, gender bərabərliyi və təhsil kimi fundamental hüquqların dəstəklənməsinə, eyni zamanda emissiyaların azaldılmasına və meşələrin bərpasına kömək edə bilər.

Afrika İnkişaf Bankı Qrupunun prezidenti Akinvumi Adesina çıxışında BEA-nın bu təşəbbüsünü yüksək qiymətləndirib. Bildirib ki, bank növbəti onillikdə təmiz yeməklərin hazırlanması üçün maliyyə vəsaitini ildə 200 milyon dollara qədər artıracaq, eyni zamanda Afrika üçün Davamlı Enerji Fondu (SEFA) vasitəsilə təmiz yemək üçün qarışıq maliyyə təminatını da yüksəldəcək.

Zirvə toplantısından sonra BEA təmiz bişirmə sürətinin gələcək aylarda və illərdə ləngiməməsini təmin etmək üçün “ikiqat açar sistemi” tətbiq edəcək. Agentlik öz səylərini iki istiqamətə yönəldəcək. Birincisi, vədlərin və öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün səmərəli monitorinq üsullarından istifadə etmək, pulun vaxtında xərclənməsini və ehtiyacı olanlara çatmasını təmin etmək üçün onlara diqqətlə nəzarət etmək. İkincisi, BEA 2030-cu ilə qədər hər il tələb olunan 4 milyard dollar kapital qoyuluşunun ödənilməsinə kömək etmək üçün daha çox tərəfdaşları cəlb edəcək.

Sammitdə 100-dən çox ölkə, beynəlxalq institutlar, biznes və vətəndaş cəmiyyəti təşkilatları da “Təmiz Yemək Bəyannaməsi”ni imzalayaraq, bu məsələni prioritet məsələyə çevirməyi və hamı üçün universal əlçatanlığa nail olmaq üçün səyləri gücləndirməyi öhdələrinə götürüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
azertag.az

1Mənbələr