AZ

Enerji bazarının təhlili üçün "PLEXOS" və "TIMES" modelləri təqdim edilib

Bakı. Trend:

Azərbaycanın 2050-ci ilə qədər istixana qazı emissiyalarınınazaldılması üzrə fəaliyyəti ilə bağlı mövzu mayın 14-də EnergetikaNazirliyi, "Tetra Tech" beynəlxalq konsaltinq şirkəti və AvropaYenidənqurma və İnkişaf Bankının (AYİB) ekspertləri arasındakeçirilən görüşdə diqqət mərkəzində olub.

Bu barədə Trend-əEnergetika Nazirliyindən məlumat verilib.

""Tetra Tech" Azərbaycana elektrik enerjisi sektorunda aşağıkarbon həlləri üzrə texniki yardım çərçivəsində "PLEXOS" (dünyanınən güclü enerji bazarının modelləşdirilməsi və təhlili sistemi) və"TIMES" (Enerjinin Modelləşdirilməsinə Texniki və İqtisadiYanaşmalar) modellərini təqdim edib. Bu, onun Azərbaycan üçünmüvafiq layihənin həyata keçirilməsi üzrə öhdəliklərinə daxilolub", - deyə nazirlik qeyd edib.

İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlərnazirliklərinin, “Azərenerji” ASC-nin və Enerji MəsələləriniTənzimləmə Agentliyinin nümayəndələri də iştirak ediblər.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
az.trend.az

1Mənbələr