AZ

İkram Kərimov: "Bu gün vəkillik sahəsində ciddi islahatlar aparılır, mühüm irəliləyişlər əldə olunub"

"Bu gün vəkillik sahəsində çox ciddi islahatlar aparılır, mühüm irəliləyişlər əldə olunub".

Bu fikirləri Vəkillər Kollegiyasının üzvü, Ağsaqqallar Şurasının rəhbəri, Respublikanın əməkdar hüquqşünası İkram Kərimov e-huquq.az-a müsahibəsində deyib.

O bildirib ki, ölkəmizdə vəkillik insititutu güclənir.

"Vəkillərin sayı artır, yeni-yeni vəkil büroları açılır. Təbii ki, vəkillik institunun inkişafında Anar Bağırovun rolu danılmazdır. Hesab edirəm ki, islahatlar bundan sonra da davam etməlidir. Çünki cəmiyyətin savadlı, peşəkar vəkillərə ehtiyacı var. Hüququ pozulan şəxs ilk növbədə vəkilə müraciət edir. Vəkil hakimdən, prokurordan, müstəntiqdən savadlı olmalıdır ki, ona müraciət edən vətəndaşların hüquqlarını sonadək müdafiə etməyi bacarsın. Vəkillərə hər zaman tövsiyəm odur ki, daim öz üzərlərində çalışsınlar, özlərini inkişaf etdirsinlər. Çünki qanunvericilik təkmilləşdirilir, müasir dövrün tələblərinə uyğunlaşdırılır. Vəkillər bütün bunlardan məlumatlı olmalıdır", - deyə İ.Kərimov qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
e-huquq.az

1Mənbələr