AZ

Aparıcı Namidə İsayevaya vəzifə verildi - FOTO

Aparıcı Namidə İsayeva Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının İctimaiyyətlə əlaqələr üzrə bölmə müdiri təyin edilib. 

Tehsil.biz xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ailəsində yola davam. Görüləcək işlər çox, məsuliyyət böyük”, - deyə Namidə İsayeva qeyd edib.

Xatırladaq ki, əmək fəaliyyətinə “Azərbaycan dili və ədəbiyyatı” müəlliməsi kimi başlayan N.İsayeva daha sonra sağlamlıq turizmi sahəsində işini davam etdirib.

2019-cu ildən Lider TV-də “Həkimim” verilişində, daha sonra Xəzər FM-də yayımlanan “Radio Doktor” verilişi və ARB telekanalında yayımlanan “Yeni mən” verilişində layihə rəhbəri və aparıcı, 2022-ci ildən “Nizami Tibb Mərkəzi”nin İctimaiyyətlə əlaqələr və mətbuat rəhbəri olaraq fəaliyyətini davam etdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
182
29
tehsil.biz

10Mənbələr