AZ

"Kilsə və Paşinyan arasındakı qarşıdurma yeni deyil" — Etirazların səbəbi nədir?

Ermənistanda keşiş Baqrat Qalstyanın anti-Paşinyan aksiyası davam edir. Qalstyanın çağırışı ilə Baş nazir Nikol Paşinyanın siyasətinə etiraz olaraq İrəvanda Respublika meydanında növbəti aksiya keçirilib. Mitinqə qədər Matenadaran yaxınlığından Respublika meydanına doğru gənclərin yürüşü keçirilib. Yürüş iştirakçıları meydanda aksiyaya qoşulublar.

Etirazların səbəbini Demokrat.az-a şərh edən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ermənistanda kilsə və Paşinyan arasındakı qarşıdurma yeni deyil: 



“Bunun bir neçə səbəbi var. Rəsmi İrəvan Qarabağla bağlı daxili ittihamlara “məqsəd Ermənistanı qorumaqdır” tezisi ilə cavab verirdi. Kilsənin yanaşması isə budur ki, Qazaxın kəndlərinin qaytarılması bu tezisin yalan olduğunu isbatlayır. Hərəkatın arxasında konkret bir xarici qüvvənin dayandığını demək çətindir. Görünür bu, erməni miflərinin dağılmasından qorxuya düşən kilsə və diasporun birgə planıdır. Ermənistan hakimiyyətinin Rusiyanı ittiham etməsi “Moskvanın Paşinyanı devirmək” tezisini inkişaf etdirir. Bundan başqa Ermənistan Qərbdən dəstək əldə etmək istəyir. Digər məsələ Parisin İrəvanla münasibətləri problemsiz görünsə də, Paşinyanın yanaşmaları bölgədəki maraqlarla üst-üstə düşmür. Son nəticə olaraq deyə bilərik ki, Fransanın kilsənin planına müəyyən formada dəstək vermək ehtimalı var”.

Törə Zeynallı
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
demokrat.az

1Mənbələr