AZ

Qarpız tarlasının işçiləri qəzaya düşdü;8 ölü, 45 yaralı - FOTO

ABŞ-də iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 14-də səhər saatlarında Florida ştatında qeydə alınıb.

Məlumata görə, qarpız tarlasının işçilərini aparan xidməti avtobus məlum olmayan səbəblərdən pikapla toqquşub. Zərbənin təsirindən avtobus idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə 8 nəfər ölüb, 45 nəfər isə xəstəxanalara yerləşdirilib. Onlardan səkkizinin vəziyyəti ağırdır.

Bildirilir ki, avtobusun salonunda 53 sərnişin olub.

Hadisənin baş vermə səbəbləri araşdırlrır.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
avtosfer.az

1Mənbələr