AZ

“Baku Sportinq” İkinci Liqanın qalibi oldu, Birinci Liqaya çıxdı

“Baku Sportinq” komandası futbol üzrə Azərbaycan çempionatının İkinci Liqasının 2023/2024 mövsümünün qalibi olub.

Arena.az xəbər verir ki, sözügedən komanda bu gün baş tutan 25-ci tur çərçivəsində doğma meydanda “Dinamo”ya 4:2 hesabıyla qalib gələrək xallarının sayını 61-ə çatdırıb və qızıl medalları özü üçün təmin edib.

Paytaxt təmsilçisi mövsümün başa çatmasına 1 tur qalmış 56 xala malik “Füzuli”ni qabaqlayıb. Bu komanda 2024/2025 mövsümündən etibarən Azərbaycan Birinci Liqasında mübarizə aparmaq hüququ qazanıb.

Qeyd edək ki, “Füzuli” hesabat turunda “Kürmük Qax”ı 7:2 hesabıyla yenib. Qalib komandanın 7 qolunun hamısını Elvin Abbasov vurub. Bunun sayəsində o, yarışın bombardirlər cədvəlində “Şahdağ Qusar”dan Tural Qurbatovu (30 qol) qabaqlayıb. Yeri gəlmişkən, Qusar təmsilçisi bu turda “Göygöl”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Bu şəhərin digər təmsilçisi – “Qusar” da səfərdə “Şəki Siti”ni 2 cavabsız qolla yenib.

“Şəmkir” evdə “Cəbrayıl”a minimal hesabla uduzub. Dörd qolun qeydə alındığı “Lerik” – “Kür-Araz” oyununda meydan sahibləri qalib gəliblər. “Ağdaş” – “Şəfa” matçında isə qalib müəyyənləşməyib.

İkinci Liqa
25-ci tur
14 may

“Şəki Siti” – “Qusar” 0:2
Qollar: Orxan Qurbanlı, 28; 34.
Hakimlər: Rəşad Əhmədov, Sənan Atayev, Mirnihad Seyidov, Maqsud Şamıyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şəki şəhər stadionu.

“Şahdağ Qusar” – “Göygöl” 2:0
Qollar: Famil Camalov, 44. Rahid Əmirquliyev, 87.
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Anar Bədəlov, Emin Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı OİK stadionu.

“Füzuli” – “Kürmük Qax” 7:2
Qollar: Elvin Nəsibov, 19; 39; 48; 58; 60; 67; 79 – Revazi Otaraşvili, 30; 54.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Samir Qaracayev, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”.

“Şəmkir” – “Cəbrayıl” 0:1
Qol: Ruslan Voronsov, 85.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şəmkir OİK stadionu.

“Lerik” – “Kür-Araz” 3:1
Qollar: Kamran Abdullazadə, 45; 52. Ruslan Tağızadə, 64 – Cavid İmamverdiyev, 44.
Hakimlər: Nicat İsmayıllı, Kərim Zeynalov, Orxan İbişov, İrşad Aydınov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Lənkəran OİK stadionu.

“Baku Sportinq” – “Dinamo” 4:2
Qollar: Röyal Nəcəfov, 10; 24; 89. Comərd Baxşəliyev, 48 – Valeh Seyidov, 33. Tərlan Veysəlli, 38.
Hakimlər: Mahmud Bağırzadə, Rasim Axundov, Aydın Baxşıyev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Binə qəsəbə stadionu.

“Ağdaş” – “Şəfa” 1:1
Qollar: Elvin İsmayılov, 12 – Nicat Abbasov, 26.
Hakimlər: İslam Məmmədov, Tərlan Talıbzadə, Asif Abdullayev, Murad Səlimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Ağdaş şəhər stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
arena.az

1Mənbələr