AZ

Dünya reytinqinin ikincisi “Rolan Qarros”da olmayacaq

Dünya reytinqinin iki nömrəsi Yannik Sinner böyük ehtimalla “Rolan Qarros”da iştirak edə bilməyəcək. İtaliyalı tennisçinin zədəsi tam sağalmayıb. Həkimlər ona müalicəni sona qədər aparmağı məsləhət görüblər. Əks halda, zədənin fəsadları ciddi ola bilər.

Xatırladaq ki, Sinner Monte-Karloda keçirilən “Masters” turnirində  əzələsində problemlərlə üzləşmişdi. Məhz bu səbəbdən də o, Romada hazırda davam edən turnirdə iştirakdan imtina etmişdi.

“Rolan Qarros” turnirinə mayın 26-da start verilir. Sinner bu il baş tutan ilk “Böyük dəbilqə” turnirinin çempionudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
futbolinfo.az

1Mənbələr