AZ

Qərbin Azərbaycanla bağlı hansı planları var?



Gürcüstan və Ermənistanda baş verənlər belə bir fikir formalaşdırıb ki, Qərb ümumən Cənubi Qafqaz regionu üçün ssenari hazırlayıb və həmin ssenari də Azərbaycanla bağlı planlar da var. Elə AMİP Siyasi Şurasının üzvü Əli Oruclu da belə düşünür.

Newscenter.az-ın xəbərinə görə, o bildirib ki, Qərbin Azərbaycanla da bağlı planlarının olduğunu istisna etmir:

"Geostrateji əhəmiyyətə malik Azərbaycanda müxtəlif illərdə həmin planları reallaşdırmağa cəhd göstərilib. Bəzi siyasi müxalifət dairələri hətta, indinin özündə də Qərbin onların vasitəsi ilə Azərbaycanda rənqli inqilab edəcəyini, hakimiyyəti dəyişəcəyi kimi xülyalara inanmaqdadır. Hər dəfə də xaricdə baş verən inqilablardan ruhlanaraq fəallaşıblar. Lakin nəzərə almq lazımdır ki, Azərbaycanı Ermənistanla, Gürcüstanla və yaxud digər ölkələrlə müqayisə etmək olmaz".

Əli Oruclu deyib ki, həm Azərbaycanın özü, həm də Qərbin Azərbaycana yanaşması spesifikdir:

"Üstəlik də, Azərbaycanda hakimiyyət güclüdür və müharibədən qalibiyyətdən, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra prezident İ.Əliyevin nüfuzu pik nöqtəyə çatıb. Bura Azərbaycana xarici təzyiq və təsirlərin qarşısnı qətiyyətlə alması, ölkəni regional güc mərkəzinə çevirməsini də əlavə etsək, iqtidarla siyasi müxalfət arasında müqayisə edilməz dərəcədə fərq yaranır. Odur ki, ABŞ və qərbli müttəfiqlərinin Azərbaycanda rənğli inqilab edəcəyi absurddur".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
newscenter.az

1Mənbələr