AZ

Makdevid Qretskinin rekordunu təkrarladı

MHL-də konfrans yarımfinalları davam edir.

”Football-plus.az” xəbər verir ki, “Vankuver” – “Edmonton” cütündə amansız mübarizə gedir. Son üç gündə keçirilən oyunların birindən “Edmonton”, o birindən “Vankuver” qalib ayrıldı. “Edmonton”un hücumçusu Konnor Makdevid mayın 11-də qələbəyə 4 (1+3) xalla töhfə verdi. Stenli kuboku uğrunda ilk 7 oyunda 17 (2+15) xal toplayan 27 yaşlı kanadalı ulduz əfsanəvi Ueyn Qretskinin rekordunu təkrarladı. Söhbət Stenli kubokunun bir mövsümündə 15 məhsuldar ötürmə vermək tezliyindən gedir. 1987-ci ildə “Edmonton”un şərəfini qoruyan Qretski də eyni nəticə göstərmişdi. Həmin vaxt onun hesabında da 7 oyundan sonra 2 qol və 15 məhsuldar ötürmə var idi.

11 may
Boston – Florida 2:6 (0:1, 0:2, 2:3)
Seriyada hesab – 1:2.
Vankuver – Edmonton 3:4 ОТ (1:1, 2:1, 0:1, 0:1)
Seriyada hesab – 1:1.
12 may
Karolina – Reyncers 4:3 (3:1, 0:1, 1:1)
Seriyada hesab – 1:3.
Kolorado – Dallas 1:4 (0:1, 1:1, 0:2)
Seriyada hesab – 1:2.
13 may
Boston – Florida 2:3 (2:0, 0:1, 0:2)
Seriyada hesab – 1:3.
Edmonton – Vankuver 3:4 (1:3, 1:1, 1:0)
Seriyada hesab – 1:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
football-plus.az

1Mənbələr