AZ

PSJ-dən Kvaratsxeliya üçün 80 milyon avro

style='margin-bottom:10px;'>

PSJ “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya ilə maraqlanır.

QOL.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. 

Qeyd olunur ki, Fransa klubu gürcüstanlı futbolçu üçün 80 milyon avro və hücumçusu Randal Kolo Muanini "Napoli"yə icarəyə verməyə hazırdır. İtaliya mətbuatı isə “Napoli”nin Xviçanı 120-130 milyon avro dəyərləndirdiyini yazır. 

Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildən "Napoli"də oynayır. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir. Xviça Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Bu mövsüm 23 yaşlı Kvaratsxeliya neapolların bütün turnirlərdə keçirdiyi 43 matçda iştirak edərək 10 qol və 9 qolun ötürməsini edib. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
2
teleqraf.com

3Mənbələr