AZ

“Neftçi”dəki MÜƏMMA: “Kapitan deyiləm, kiməsə nəsə deməyim düzgün olmaz”

“Neftçi” hesabat turunu parlaq qələbə ilə başa vurdu.

Doğma meydanda “Kəpəz”i qəbul edən bakılılar rəqibin daşını daş üstə qoymayaraq 5:1 hesablı darmadağına sevindi.

Əldə olunan qalibiyyətdə azarkeşlərin payı danılmazdır. 90 dəqiqə susmadan “ağ-qaralar”a dəstək verən “Forza Neftçi”nin üzvləri matç başa çatandan sonra haqq etdiyi sevgini görmədi.

Belə ki, komanda üzvlərindən yalnız 4 yerli futbolçu – Ağadadaş Salyanski, Qara Qarayev, Rza Cəfərov və Rəvan Kazımov tribunanın önünə yaxınlaşıb azarkeşlərə verdikləri dəstəyə görə təşəkkür etdi.

Hə, bir də “Neftçi TV”yə müsahibə verən Andre Şinyaşiki uzaqdan da olsa nəsə etməyə çalışdı.

Elə həmin Şinyaşiki Sportinfo.az-a açıqlamasında futbolçuların azarkeşlərə soyuqluq göstərməsinin səbəbi ilə bağlı sualı cavablandırıb:

“Çətin dönəmdən keçirik. Azarkeşlərimiz bəzi oyunlarımızı boykot etmişdilər. Onları çox yaxşı başa düşürəm. Bizdən daha artığını istəyirlər.

Sualınıza gəlincə, hər futbolçunun öz düşüncəsi, öz mövqeyi var. Oyun başa çatandan sonra tribunanın önünə gedib, onlara təşəkkür etdim.

Amma digər futbolçuların adından danışa bilmərəm. Komandanın kapitanı deyiləm, kiməsə nəsə deməyim düzgün olmaz”.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
sportinfo.az

1Mənbələr