AZ

Putin və Si Cinpin Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında Çində keçiriləcək görüş Ukrayna, eləcə də Yaxın Şərq və Şimal-Şərqi Asiyadakı vəziyyət müzakirə olunacaq.

APA xəbər verir ki, иu barədə jurnalistlərə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, iki ölkə liderləri Avrasiya İqtisadi İttifaqı və Çinin “Bir kəmər - bir yol” təşəbbüsü çərçivəsində inteqrasiya proseslərinin əlaqələndirilməsi məsələlərinə diqqət yetirəcəklər.

“Lakin çox güman ki, xarici siyasət sahəsində əməkdaşlığın əsas və mühüm mövzuları günün sonunda baş tutacaq qeyri-rəsmi görüş zamanı müzakirə olunacaq”, - Uşakov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
apa.az

2Mənbələr