AZ

Tovuzda kürəkən qayınatasını öldürməyə cəhd etdi

Tovuz rayonunda qaynatasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Əvəz Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki cinayət işi materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Abdulla Məmmədovun icraata verilib.

Məhkəmənin hazırlıq iclası mayın 22-nə təyin olunub.

Qeyd edək ki, 1999-cu il təvəllüdlü Əvəz Babayev şəxsi münasibətlər zəminində qaynatası 1981-ci il təvəllüdlü Fərhad Yusifovu bıçaqlamaqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
demokrat.az

1Mənbələr