AZ

II Liqanın qalibi bəlli oldu

Azərbaycan 2-ci Liqasının çempionu bəlli olub.

"Operativ Media" xəbər verir ki, 25-ci turda doğma meydanda “Dinamo”ya 4:2 hesabı ilə qalib gələn “Baku Sportinq” xallarının sayını 61-ə çatdıraraq qızıl medalları təmin edib.

Paytaxt təmsilçisi mövsümün başa çatmasına 1 tur qalmış 56 xala malik “Füzuli”ni qabaqlayıb.

Qeyd edək ki, “Baku Sportinq” 2024/2025 mövsümündən etibarən Azərbaycan 1-ci Liqasında çıxış edəcək. 1-ci liqada sonuncu olacağı dəqiqləşən "Araz Saatlı" isə 2-ci liqada oynayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
296
7
operativmedia.az

8Mənbələr