AZ

Gürcüstan parlamentinin qarşısında aksiya: 13 nəfər saxlanıldı

Gürcüstanın paytaxtı Tbilisidə “xarici agentlər” haqqında qanuna qarşı keçirilən aksiyada 13 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar polisin qanuni tələbinə məhəl qoymama və xırda xuliqanlığa görə saxlanılıblar.

DİN aksiya zamanı yol verilən bütün qanunsuz halların araşdırılacağını bəyan edib.

Qeyd edək ki, qanunun qəbul edilməsindən sonra polislə etirazçılar arasında gərginlik yaşanıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
teleqraf.com

1Mənbələr