AZ

Saakaşvilinin partiyası parlamenti boykot edəcək

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin təsis etdiyi müxalif "Vahid Milli Hərəkat" partiyası və "Gürcüstan naminə Lelo" siyasi birliyi xarici agentlər haqqında qanunun qəbulundan sonra parlamentin işini boykot edib. 

"Operativ Media" xəbər verir ki, bunu deputat Levan Bejaşvili deyib.

"Bizim Vahid Milli Hərəkat fraksiyamız və müxalifətin əksəriyyəti artıq həmişəki kimi işləmək niyyətində deyillər, biz boykot rejiminə keçirik", - Bejaşvili brifinqdə deyib.

Milli Hərəkat fraksiyası parlamentdə 20 deputatla təmsil olunur. Lelo siyasi qrupunun qanunverici orqanda iki üzvü var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
operativmedia.az

1Mənbələr