AZ

Əsgərlərimiz 2031-ci ildə keçiriləcək Həbrçilərin Olimpiya Oyunlarını 2020-ci ildə udub

2031-ci ildə keçiriləcək Hərbçilərin Olimpiya Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı beynəlxalq səviyyədə müzakirərlə keçirilməkdədir. Sözügedən təkliflə Dünya Hərbi İdman Şurasının Balkan, Qaradəniz və Qafqaz ölkələri üzrə idman əlaqələndiricisi Nevzat Varol çıxış edib. Azərbaycanın I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Bakı-2019 və digər mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini vurğulayan N.Varol, 2031-ci ildə Azərbaycanda Hərbçilərin Olimpiya Oyunlarının keçirilməsinin hər baxımdan məqsədəuyğun olduğunu vurğulayıb.

 

Şübhəsiz, Azərbaycan istənilən beynəlxalq tədbirə, eləcə də Həbrçilərin Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırdır və ölkəmizin təşkilatçılıq qabiliyyəti, təcrübəsi, iqtisadi potensialı buna tam imkan verir. Əslində, 2031-ci ildə keçiriləcək Hərbçilərin Olimpiya Oyunlarının başqa bir ölkədə deyil, məhz Azərbaycanda keçirilməsi daha məntiqli və məqsəsdəuyğun olar. Çünki Azərbaycan texniki-təcrübi, iqtisadi-mədəni baxımdan bu tədbirlərə hazır olmaqla yanaşı, həm də bütün dünyada yürütdüyü sülhpərvər siyasət baxımından belə tədbirlərə layiqliyini sübut edib. Planetin hər yerində, o cümlədə Cənubi Qafqazda militarizm siyasətinə qarşı aktiv mübarizə aparan Azərbaycan, bu gün dünyanın hər yerində müharibədən, terror və zorakılıqdan əziyyət çəkən bütün xalqların ümid yerinə çevrilib.

 

Azərbaycan keçirdiyi hərbi islahatlar, ordumuzun peşəkarlıq səviyyəsi, beynəlxalq idman oyunlarında əldə etdiyi uğur və nailiyyətlər baxımından da bu cür yarışlara ev sahibliyinə layiqliyini artıqlaması ilə sübut edib. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin 44 günlük Vətən müharibəsində göstərdiyi qeyri-adi qəhrəmanlıq nümunəsi, xüsusilə də Şuşa əməliyyatı ordumuzun peşəkarlıq səviyyəsinin, qəhrəmanlıq ruhunun dünyanın ən qabaqcıl orduları ilə müqayisədə belə təkrarsız və müqayisəolunmaz səviyyədə olduğunu göstərdi. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan Ordusu mümkünsüz kimi görünən istənilən tapşırığın öhdəsindən uğurla gəlməyə, alınmaz hesab edilən istehkamları almağa, təkbaşına bütün düşmən ittifaqlarını tar-mar etməyə qadirdir.

 

Bu baxımdan, əminliklə söyləmək olar ki, əsgərlərimiz 2031-ci ildə keçiriləcək Hərbçilərin Olimpiya Oyunlarını əslində 2020-ci ildə udub. Hərbçilərimizin 2020-ci ildə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əldə etdikləri şanlı qələbə ilə isbatladı ki, onlar bundan sonra keçiriləcək istənilən hərbi oyun və mübarizənin şəriksiz qalibidir və dünyada heç bir ordu bu məsələdə Azərbaycan Ordusuna rəqib ola bilməz.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
1
moderator.az

2Mənbələr