AZ

“Barselona” 7 illik müqavilə bağladığı futbolçunu satır

style='margin-bottom:10px;'>

“Barselona”nın hücumçusu Vitor Roke yay transfer pəncərəsində klubu tərk edəcək. 

QOL.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı forvardla vidalaşmağa hazırdır. 

Qeyd olunur ki, “Barselona”nın baş məşqçisi Xavi 19 yaşlı futbolçunun oyununa güvənmir. Artıq klubun məşqçilər korpusu direktorlar şurasına bildiriblər ki, Roke “Barselona” səviyyəli futbolçu deyil.

Bundan əvvəl isə futbolçunun agenti oyun şasnı qazanmayacağı təqdirdə Rokenin Kataloniya klubunu tərk edəcəyini bildirmişdi.

Qeyd edək ki, V. Roke “Barselona”ya bu ilin yanvar ayında Braziliyanın “Atletiko Paranaense” klubundan keçmişdir. Transfer qiyməti 40 milyon avro məbləğində dəyərləndirilən futbolçunun "Barselona" ilə 2031-ci ilin yayına qədər sözləşməsi var.. O, bu mövsüm “Barselona”da 13 oyun keçirərək 2 qol vurub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
3
teleqraf.com

4Mənbələr