AZ

Kolumbiya Netanyahunun həbsinə order almaq istəyir

Kolumbiya İsrailin baş naziri Benyamin Netanyahu üçün Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) beynəlxalq həbs qərarı istəyib. 

Adalet.az xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro X sosial şəbəkəsində paylaşım edib.

“Netanyahu soyqırımı dayandırmayacaq. Bu, Cinayət Məhkəməsinin beynəlxalq həbs qərarı deməkdir. Təhlükəsizlik Şurası Qəzzada sülhməramlı qüvvələrin yaradılması məsələsinə baxmağa başlamalıdır”, – Petro yazır.

Bundan əvvəl demokrat konqresmen Rəşidə Tlaib Beynəlxalq Cinayət Məhkəməsini (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və digər yüksək vəzifəli məmurların Qəzza zolağında yəhudi dövlətinin hərəkətlərinə görə həbsə order verməyə çağırıb.

Xatırladaq ki, aprelin 29-da İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydendən Beynəlxalq Cinayət Məhkəməsinin Qəzza zolağında cinayət törətməkdə təqsirləndirilən yüksək vəzifəli İsrail məmurlarının həbsinə order verilməsinin qarşısını almağa kömək etməsini istəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
adalet.az

10Mənbələr