AZ

Qeyri-adi tövsiyə:yataq otağına soğan qoyun, çünki...

Soğan mətbəxdə ən əvəzolunmaz məhsuldur. Bəs, soğanın yataq otağına qoyulduğu zaman inanılmaz faydaları olduğunu bilirdinizmi?

Müalicəvi xüsusiyyətlərə malik olan soğan, tərkibindəki vitaminlər sayəsində varlığı ilə belə fayda verir.

Medicina.az xarici mətbuata istinadən yataq otağına soğan qoymağın faydalarını təqdim edir:

Ekspertlər bildirirlər ki, soğan təkcə yeyildikdə deyil, qoxusu ilə belə fayda verən qidadır. Buna görə də yataq otağınıza soğan qoymaq sizi bir çox xəstəliklərdən qoruya bilər.

Yataq otağına soğan daha çox mikrob əleyhinə xüsusiyyətlərinə görə qoyulur. Burun axmasından tutmuş toksinlərlə mübarizəyə qədər bir çox faydası var.

- Otağın havasını təmizləyir.

- Toksinləri aradan qaldırır.

- Allergiyalardan, infeksiyalardan və mövsümi xəstəliklərdən qoruyur.

- İmmunitet sistemini gücləndirir.

- Yuxu keyfiyyətini yaxşılaşdırır.

- İnsanı sakitləşdirir.

Soğanın bütün bu faydalarından yararlanmaq üçün onu yarıya və ya dörd hissəyə bölüb boş bir bankaya qoyun. Bankanı yatağın yanına və ya altına yerləşdirin.

Qeyd edək ki, bankanın ağzı açıq olmalıdır və soğanı hər gün yeniləmək lazımdır.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
medicina.az

3Mənbələr