AZ

İsrail Qəzzada daha 40 nəfərin həyatına son qoyub

Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərdə İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəz hissəsindəki Nuseyrat Qaçqınlar Düşərgəsində 3 mərtəbəli evi bombaladığı bildirilib.

 

Oxu24.com xəbər  verir  ki,gecə saatlarında baş verən hücumdan sonra mülki axtarış-xilasetmə qrupları gün açılan kimi dağıntılar altında axtarışlarını gücləndirib.

 

Ətrafdakı insanların qruplara verdiyi dəstək ilə hücumda həyatını itirənlərin cəsədləri və yaralılar çökən binanın dağıntıları altından çıxarılıb.

 

Hücumda ölənlərin sayının 40-a yüksəldiyi, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

 

İsrailin hücumunda ölənlər arasında çoxlu qadın və uşağın olduğu qeyd edilib.

 

Rəfahdan didərgin düşmüş fələstinlilər Nuseyratda İsrailin hücumunun hədəfinə çevrilib
Digər tərəfdən, yerli mənbələr Nuseyrat Qaçqınlar Düşərgəsində hədəf alınan 3 mərtəbəli evin Karaca ailəsinə aid olduğunu bildirib.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
oxu24.com

1Mənbələr