AZ

Ermənilər İsanın 12 apostolundan biri Varfolomeyi də saxtalaşdırdı- Qız qalasında böyük fakt...

Image

Zaur Əliyev: “1964-cü ildə Bakıda arxeoloji qazıntılar aparıldığı zaman İsa Məsihin 12 apostolundan biri olan, Azərbaycanın hamisi sayılan Apostol Varfolomeyin məzarı tapılıb” 

Erməni kilsəsinin apostol kilsəsi olmadığı məlumdur. Amma son illər Eçmiədzin Erməni Qriqoryan kilsəsinin adını özbaşına dəyişərək Qriqoryanı apostolla əvəzləyib. İndi hər yerdə erməni kilsəsi apstol kilsəsi olaraq qələmə verilir. Təəssüflər olsun ki, xristian dünyasından da onların bu qanunsuz əməlinə hər hansı bir reaksiya yoxdur.   

Bildiyimiz kimi, ermənilər arasında xristianlığı İsanın apostolları (həvariləri) yaymayıb, Qriqori yayıb, o da ki, İsanın tələbəsi olmayıb. 

Qafqaz, yaxud Azərbaycan Albaniyasının dünyada xristianlığı ilk qəbul edən dövlətlərdən olduğu məlumdur. Azərbaycanda (Albaniyada) İsanın 12 iki həvarisindən ikisi - müqəddəs Varfolomey və müqəddəs Faddey olub ki, bunu da bilməyən yoxdur. Azərbaycan ərazisində  xristianlıq qəbul ediləndə isə bizim coğrafiyada hay deyilən toplumun izi-tozu yox idi.   

Tarixdə heç zaman öz dövləti olmayan haylara böyük dövlətlər Qərbi Azərbaycan torpağında dövlət yaratdıqdan sonra onlar dövlət üzü görüblər. 

Azərbaycan xalqının tarixi, milli, dini dəyərlərinə, müqəddəs şəxslərinə qarşı zaman-zaman iddialar irəli sürən ermənilər iddia edirlər ki, müqəddəs Varfolomeyin qalıqları Ermənistandadır. 

Erməni mətbuatı yazır ki,  “Müqəddəs Şəhid Bonifas” Fondu ilə əməkdaşlıq nəticəsində Apostol Varfolomeyin qalıqları Abovyandakı (Qırxbulaq mahalında yerləşən oğuz yurdu olan Ellər rayonu-İ.S) Vaftizçi Yəhya kilsəsində saxlanılacaq. 

Bu barədə Qaqik Tsarukyan xeyriyyə fondunun  məlumatında Apostol Varfolomeyin  “Erməni Apostol Kilsəsinin banilərindən” olduğu iddia olunur, bildirilir ki, guya Varfolomey özü ilə Ermənistana ilk dəfə Allah Anasının portretini gətirib. Guya həvarinin qalıqlarının müqəddəs şəkildə saxlanması simvolikdir. 

Məsələ burasındadır ki, Varfolomeyin nə Ermənistanla, nə də ermənilərlə, yəni haylarla heç bir əlaqəsi yoxdur. Həvarinin cəsədinin qalıqlarının hayların əlinə necə keçməsi də suallar doğurur, eyni zamanda da şübhəlidir.   

Dəfələrlə vurğulanıb ki, Bakıda - İçərişəhərdə xristian dininə mənsub Müqəddəs Varfolomeyin qəbri yerləşir. 

“Ermənilərin Varfolomeyin qalıqlarının Ermənistanda olduğunu iddia etməsi ya növbəti saxtakarlıqdır, ya da onlar hansısa yollarla qalıqları Moskvadan oğurlayıblar” 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev də bu yaxınlarda Varfolomeyin məzarı ilə bağlı tədqiqat aparıb. Zaur Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyasının işğalından sonra Bakıda çoxlu qazıntılar aparılıb. O vurğuladı ki, burada Çar Rusiyası, sonra isə Sovet hökumətinin kəşfiyyatı illər boyu axtarış aparıb. “1964-cü ildə Bakıda arxeoloji qazıntılar aparıldığı zaman İsa Məsihin 12 apostolundan biri olan, Azərbaycanın hamisi sayılan Apostol Varfolomeyin məzarı tapılıb.  İçərişəhərdə, Qız qalasının yanında qazıntı aparan arxeoloqlar 1892-ci ildə yerli xristian əhalinin bəxşişləri hesabına həvari Varfolomeyin şəhid edildiyinə inanıldığı yerdə tikdikləri kiçik kapella formalı ortodoks kilsənin daxilində qədim məzara rast gəlirlər. Məzarən eni yarım metr, uzunluğu isə 2 metrə çatırdı. Qədim ikonalar, qədim pullar və qədim əlyazmaların olduğu məzarı tapan arxeoloqlar məzarın üsütndə qədim alban dilində “İsa Məsihin Apostolu, rəbbə sadiq, həvari Vartolomeos” yazısını görürlər”-deyə bildirən dosent qeyd etdi ki, arxeoloqlar dərhal rəsmi Moskva ilə əlaqə saxlayıb tapıntı ilə bağlı məlumat verirlər. Alimin sözlərinə görə, səhərisi gün Sovet təhlükəsizlik xidmətinin əməkdaşları qazıntı yerinə gəlir və burada qazıntı aparan arxeoloqlarla söhbət aparırlar. “Varfolomeyin qalıqları xüsusi qutuda Moskvaya aparılır. Yuxarıda isə qərar belə olur: “Ölkədə dini ajiotaj yaradılmaması üçün məzar gizlədilsin, qazıntılar dayandırılsın və kilsə dağıdılsın”. Məlumatıma görə, kilsə dinlə mübarizə kampaniyası çərçivəsində sökülüb”-deyə bildirən Z.Əliyev qeyd etdi ki, indi Varfolomeyin qalıqlarının Ermənistanda olduğunun iddia edilməsi çox təəccüblü görsənir. O vurğuladı ki, bu qalıqların Ermənistana necə aparıldığı suallar doğurur: “Varfolomeyin məzarının sökülərək Moskvaya aparıldığı, qalıqlarının orada saxlanıldığı məlumdur. Ermənilərin Varfolomeyin qalıqlarının Ermənistanda olduğunu iddia etməsi ya növbəti saxtakarlıqdır, ya da onlar hansısa yollarla qalıqları Moskvadan oğurlayıblar. Əks halda bu mümkün deyil. Yəni Varfolomeyin qalıqları Ermənistana başqa cür necə gedə bilər ki? Bu ancaq oğurlayıb aparmaqla mümkündür”-deyə Z.Əliyev vurğuladı. 

Doğrudan da maraqlıdır, amma təəccüblü deyil. Ermənilər indiyə kimi nələri oğurlamayıblar ki...

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
baki-xeber.com

1Mənbələr